...

Özbəkistan Qırğızıstana humanitar yardım göstərəcək

Dünya xəbərləri Materials 9 Oktyabr 2008 17:15 (UTC +04:00)

Özbəkistan, Daşkənt, 09 oktyabr/ Trend , müxbir T.Jukov/ Özbəkistan prezidenti İslam Kərimov Qırğızıstan Respublikasının zəlzələdən zərər çəkən əhalisinə hümanitar yardım göstərilməsinə dair sərəncam imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Sərəncam, ilk növbədə, zəlzələ nəticəsində dağılan Oş vilayətinin Alaysk rayonuna tikinti materiallırı, o cümlədən 120 ton sement göndərilməsini nəzərdə tutur.

Respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend - a verilən məlumata görə, zərər çəkmiş rayona $200 min həcmində ərzaq malları, o cümldən 60 ton un, bir ton bitki yağı, odeyal, trikotaj malları, uşaq paltarları və digər zəruri tələbat malları göndəriləcək.

Humanitan yüklərin çatdırılması FHN -ə tapşırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti