...

Növbədənkənar seçkilər Baş nazirin "hoqqalarından"asılı olmayaraq, baş tutacaq - Ukrayna prezidenti

Dünya xəbərləri Materials 15 Oktyabr 2008 19:07 (UTC +04:00)

Ukrayna, Kiyev, 15 oktyabr/ Trend , müxbir Z.Novosvitski/Ali Radaya növbədənkənar seçkilər Baş nazirin və onun siyasi qüvvəsinin etdiyi"hoqqalarından"asılı olmayaraq, baş tutacaq, - çərşənbə günü Zaporojyedə mətbuat konfransında Ukrayna prezidenti Viktor Yuşşenko bəyan edib, - dövlət rəhbərinin mətbuat xidməti məlumat verib.

Prezident əminliyini bildirib ki, yaxın vaxtlarda seçki kampaniyasının maliyyələşdirilməsi məsələsi öz həllini tapacaq.

Dövlət rəhbəri ümumilikdə Yuliya Timoşenko Blokunun parlamentdəki və məhkəmədəki hərəkətlərini "siyasi hücum və demokratiyaya qarşı yönəlmiş cinayət əməlləri"kimi qiymətləndirib. O xatırladıb ki, Ali Radanın buraxılması haqqında prezident fərmanının Konstitusiyaya uyğunluğu ilə bağlı iddialara yalnız Ukraynanın Konstitusiya Məhkəməsi baxa bilər. "Lakin Konstitusiya Məhkəməsinə heç kəs müraciət etmir, çünki hansı cavab alacaqlarını başa düşürlər", - Yuşşenko əlavə edib.

"Mən prezident kimi növbədənkənar seçkilərin təmini prosesindən çıxmayacağam", - deyən Yuşşenko "bu seçkilərin keçirilib-keçirilməyəcəyi ilə bağlı xəyalları unutmağa "çağırıb.   

Xəbər lenti

Xəbər lenti