Gürcüstan, Tbilisi, 22 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstana real silahlı hücum təhlükəsi var və bu təhlükə Rusiya ordusu Tbilisinin 40 km-də qaldıqca olacaq. Bu barədə jurnalistlər ilə söhbətdə Gürcüstan parlamentinin vitse-spikeri Mixail Maçavariani bildirib.
Onun sözlərinə görə, Rusiyanın Gürcüstana qarşı hərbi təcavüzü davam edir və ölkənin müxtəlif ərazilərində yerləşdirilən Rusiya silahlı qüvvələri tamamilə nəzarətsizdir.
Maçavarianinin sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Gürcüstanın guya təxribata hazırlaşmasına dair dünən verdiyi bəyanata gəldikdə isə, onun bəyanatına "Həmas"dan başqa heç kim fikir vermir.