...

Sipi Livni İsraildə növbədən kənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürüb

Dünya xəbərləri Materials 26 Oktyabr 2008 08:25 (UTC +04:00)

Xarici işlər naziri və "Kadima" aparcı partiyasının başçısı Sipi Livni yeni hökümət koalisiyasının formalaşdırılması qərarından imtina edib və növbədən kənar parlament seçkilərini keçirilməsi barədə bəyan edib, bazar günü Reuters agentliyi xəbər verir.

Bu barədə qərar, koalisiyanın əsas üzvlərinin danışıqları tərk etməsindən sonra cümə günü qapalı müzakirələr zamanı qəbul edilmişdir. Seçkilər fevral ayında keçiriləcək. Güman edilir ki, Livni ölkə prezidenti Şimon Peresi bazar günü məlumatlandıracaq, RİA Novosti xəbər verir.

Rəsmi, Livni koalisiya danışıqlarını noyabrın 3-nə kimi apara bilər. Lakin bir qədər əvvəl o bildirmişdir ki, yekun qərar oktyabrın 26 qəbul olunacaq.

Livni hökümətin formalaşdırılması mandatını seçkilərdə qalib gəlməsindən və Exud Olmertin İstefasından sonra əldə etmişdir.

Xəbər lenti

Xəbər lenti