...

Bolqarıstan prezidenti Özbəkistana rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 4 Noyabr 2008 18:44 (UTC +04:00)

Özbəkistan , Daşkənd, 04 noyabr/ Trend , müxbir T.Jukov/ Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanov özbək həmrakı İslam Kərimovun dəvəti ilə noyabrın 5 - 8-də Daşkəndə rəsmi səfərə gedəcək. Bu barədə çərşənbə axşamı Özbəkistan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

"Səfər zamanı özbək-bolqar əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi məsələləri, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mahiyyətli aktual problemlər müzakirə olunacaq", - deyə məlumatda bildirilir.

Danışıqların yekunu üzrə müxtəlif sahələrdə iki ölkənin qarşılıqlı əlaqələrinin dərinləşdirilməsinə yönəldilən bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Bolqarıstan 1992- ci ilin yanvarında Özbəkistanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər həmin ilin sentyabrında qurulub.

Doqquz il ərzində Bolqarıstan və Özbəikstan arasında 20 hökumətlərarası və doqquz idarələrarası saziş imzlanıb və təsdiq edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti