Qəzzə zolağında miqyaslı hərbi əməliyyat yalnız vaxt məsələsidir - İsrailin müdafiə nazirinin müavini Matan Vilnayi çərşənbə günü bildirib,- "Ha-Aretz" qəzeti bu gün yazır.
Vilnayi Milli Təhlükəsizlik Kabinetinin Qəzzə zolağı ətrafındakı yəhudi yaşayış məskənlərinin müdafiəsinə əlavə büdcə vəsaitlərinin ayrılmaması barədə qəbul etdiyi qərarı tənqid edib. O bildirib ki, bu, sözün əsl mənasında, "insanların həyatı üçün təhdid yaratmaqdır".
"Barışıq pozulub və istənilən gün özümüzü ölkənin cənubunda zorakılığın kəskinləşdiyi episentrdə görə bilərik. Hərbi əməliyyat yalnız vaxt məsələsidir. Təhlükəsizlik xidmətinin əlavə vəsaitlər ayırmaq tələbi İsrailin cənubundakı sakinləri müdafiə etmək məqsədi güdür", - müdafiə nazirinin müavini bildirib.
İsrail Baş nazirinin müavini Xaim Ramon da İsrail Müdafiə Ordusunun zabitlərinin simasında Nazirlər Kabineti və Təhlükəsizlik Xidmətinin fəaliyyətsizliyindən narazılığını ifadə edib. Ramon ölkənin cənubunun yenidən "Qəssam" raketlərinin gündəlik atəşinə məruz qalmasına İsrailin reaksiya göstərməməsindən kəskin danışıb. O bildirib ki, nazirlər və hərbçilərin İsraili yenidən beynəlxalq qanunvericiliyin pozulmasında ittiham edəcəklərindən qorxmalarını gözəl başa düşür. "Lakin İsrail hökumətinin vəzifəsi öz vətəndaşlarını müdafiə etməkdir - hətta Belçikaya gedə bilməyəcəyimizlə risk edərək", - Baş nazirin müavini bildirib.
Hələ ki, nazirlər və İsrail Təhlükəsizlik Xidməti hökumətin hüquq müşaviri Meni Mazuzun simasında məhkəmə hakimiyyətinin dəstəyini gözləyirlər. Mazuz, Qəzzə zolağından təcavüzə qarşı Fələstin terrorçularının raket nöqtələrini atəşə tutmaq və ya elektrik enerjisi verilməsini dayandırmaq kimi cavab addımlarının atılmasına rəsmi icazə vermək səlahiyyətindədir.