...

İrlandiyanın xarici işlər naziri Tbilisiyə səfərə gəlir

Dünya xəbərləri Materials 20 Noyabr 2008 11:32 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Cümə axşamı İrlandiyanın xarici işlər naziri Maykl Martin Gürcüstana ikigünlük səfərə gəlir. Gürcüstanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, irlandiyalı nazir Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili və xarici işlər naziri Yekaterina Tkeşelaşvili ilə görüşlər keçirəcək.

Səfər zamanı Gürcüstan və İrlandiya hökumətləri arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalanacaq.

Martin Tbilisiyə səfəri zamanı İli Çavçavadze adına Tbilisi Dövlət Universitetində Avropa Təhsil Mərkəzinin açılış mərasimində iştirak edəcək.

İrlandiyanın xarici işlər naziri Avropa İttifaqının monitorinq missiyasının üzvləri və Gürcüstanın qeyri-hökumət sektorunun nümayəndələri ilə də görüşəcək.

Xəbər lenti

Xəbər lenti