...

Fələstin xalqına artıq xəyali dövlət lazım deyil – HƏMAS siyasi bürosunun rəhbəri

Dünya xəbərləri Materials 25 Noyabr 2008 13:48 (UTC +04:00)

Ynet agentliyinin verdiyi xəbərə görə, HƏMAS Fələstin təşkilatının siyasi bürosunun rəhbəri Xalid Məşəl Fələstin Milli Administrasiyasının sədri (FMA) Mahmud Abbasın bəyanatını kəskin şəkildə tənqid edib. Buna müvafiq olaraq Fələstin fraksiyaları arasında danışıqların pozulması 2009-cu ilin yanvar ayının əvvəlində ümumi seçkilərin keçirilməsinə gətirib çıxaracaq.

"Fələstin Muxtariyyətinin prezidenti yanvarın 9-a prezident seçkiləri təyin etmək hüquna malikdir, lakin onun parlament seçkiləri təyin etməyə haqqı yoxdur. Əgər daxili siyasi saziş barədə razılıq əldə olunmasa, gələn il növbədənkənar seçkilərin keçiriləcəyinə dair bu təhdidlər nəyə lazımdır? Bu onların yanvarın 9-dək yalnız razılıq əldə etməyə səy göstərməsini nümayiş etdirir", - deyə Məşal Dəməşqdə keçirilən xüsusi mətbuat konfransı zamanı bildirib.

Məşəl Mahmud Abbasın ünvanına da bir sıra kəskin çıxışlar edib. "O, özünü mövcud olmayan dövlətin prezidenti adlandırır. Fələstin xalqına artıq xəyali dövlət lazım deyil, iyirmi illik xəyallar kifayətdir. HƏMAS real dövlət istəyir", - deyə HƏMAS lideri bildirib.

Abbas bazar günü bəyan edib ki, FƏTH ilə HƏMAS arasında aparılan danışıqlar cari ilin sonunadək nəticə verməsə, 2009-cu ilin əvvəlində Fələstin Muxtariyyətində növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. HƏMAS Fələstin Terror Təşkilatının rəhbərliyi əvvəllər bildirib ki, 2009-cu ilin yanvarından sonra, o, Abbas hakimiyyətinin legitimliyini tanımaqdan imtina edəcək.

Gələn ilin yanvarında Abbasın FMA-nın sədri postuna seçilməsinin dörd ili tmam olur. Qanuna əsasən, yeni seçkilər keçirmək lazımdır və HƏMAS da buna təhrik edir. Abbas seçkiləri Fələstin Muxtariyyətinin Qanunverici Şurasına seçkilərlə birləşdirərək 2010-cu ildə keçirmək istəyir.

Xəbər lenti

Xəbər lenti