Özbəkistan, Daşkənd, 30 noyabr / Trend müxbir T. Jukov/ Bazar ertəsi günü Avropa Birliyinin Orta Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morel Daşkəndə səfər edəcək. Bu barədə Trend -a Fransanın Özbəkistandakı səfirliyindən məlumat veriblər.
Səfər çərçivəsində Morelin Özbəkistanın XİN başçısı Vladimir Norovla görüşü keçiriləcək .