...

Kiyevdə Ukrayna və Tacikistan prezidentlərinin rəsmi görüş mərasimi baş tutub

Dünya xəbərləri Materials 4 Dekabr 2008 17:51 (UTC +04:00)

Ukrayna, Kiyev, 04 dekabr/. Trend , müxbir Z.Novosvitski/ Kiyevdə Ukrayna prezidenti Viktor Yuşşenko və Tacikistan prezidenti İmoməli Rəhmonun rəsmi görüşü olub.

Ukrayna dövlətinin başçısı həmkarını Prezident Katibliyi qarşısındakı meydanda qarşılayıb, - Yuşşenkonun mətbuat xidməti xəbər verir.

Görüş başa çatdıqdan sonra, Yuşşenko və Rəhmonun sədrliyi altında geniş tərkibdə Ukrayna -Tacikistan danışıqları başlayıb. Tərəflərin Ukrayna prezidentinin martda Düşənbəyə səfəri zamanı əldə edilmiş razılıqların realizəsi, 2008 - 2009 - cu illərdə Ukrayna -Tacikistan Fəaliyyət Planının yerinə yetirilməsinin gedişi müzakirə edəcəkləri planlaşdırılır. Yuşşenko və Rəhmon beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri üzrə rəy mübadiləsi aparacaqlar.

Danışıqların yekunları üzrə bir sıra ikitərəfli sənədləri imzalamaq planlaşdırılır;Ukrayna Nazirlər Kabineti və Tacikistan Respublikası hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş; mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında hökumətlərlərarası saziş; gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş; Ukrayna Nazirlər Kabineti və Tacikistan hökuməti arasında fiziki tərbiyə və idman sahəsində əməkdaşlıq haqqında saziş; Ukraynanın Aqrar Siyasət Nazirliyi və Tacikistanın Kənd Təsərrüfatı Nazirliyi arasında aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq haqqında saziş; Taras Şevçenko adına Kiyev Milli Universiteti və Tacikistan Milli Universiteti arasında elmi, tədris və mədəni əməkdaşlıq haqqında saziş; 2003 - 2012-ci illərdə Ukrayna və Tacikistan arasında Dövlətlərarası Uzunmüddətli İqtisadi Əməkdaşlıq Proqramı.

Prezidentlər imzalama mərasimindən sonra bəyanat verəcək və KİV nümayəndələri ilə söhbət edəcəklər.

Tacikistan prezidentinin səfəri dekabrın 5-dək davam edəcək. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti