...

San- Dieqoda yaşayış massivi üzərinə F-18 qırıcı təyyarəsi düşüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 9 Dekabr 2008 02:27 (UTC +04:00)
San- Dieqoda yaşayış  massivi  üzərinə  F-18  qırıcı   təyyarəsi   düşüb  (YENİLƏNİB)

Amerikanın San-Dieqo şəhərinin (Kaliforniya ştatı) yaşayış massivlərinin birində F-18 qırıcı təyyarəsi qəzaya uğrayıb. Bəzi məlumatlara görə, qırıcı yerə düşməzdən əvvəl pilot təyyarəni tərk edib, RBK xəbər verir. Təyyarənin düşməsi nəticəsində ən azı bir yaşayış evi yanıb, KFMB-TV yerli teleşirkət bildirir. Zərər çəkənlər barədə məlumat yoxdur . Hadisə yerinə yanğınsöndürənlər gəlib .

ABŞ Dəniz piyadaları qoşunları Korpusunun nümayəndələri pilotun təyyarəni vaxtında tərk etməsini təstiqləyiblər . Hadisə zamanı 2 nəfər mülki şəxs həlak olub . Bu barədə San-Dieqonun meri Cerrii Senders bildirib .

Xəbər lenti

Xəbər lenti