...

Ukrayna əhalisinin 70 faizi bu gün yoxsulluq həddində yaşayır - Ombdusman

Dünya xəbərləri Materials 10 Dekabr 2008 20:57 (UTC +04:00)

Ukrayna, Kiyev, 10 dekabr/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna əhalisinin 70 faizi bu gün yoxsulluq həddində yaşayır.

"Bütün göstəricilərə görə, Ukrayna yoxsullar ölkəsi olaraq qalır", - Ali Radanın İnsan Hüquqları üzrə Səlahiyyətlisi Nina Karpaçeva çərşənbə günü "Vətəndaşların əmək hüquqlarının Konstitusiya zəmanətlərinə əməl olunmasının vəziyyəti haqqında" mövzusunda keçirilən parlament dinləmələrində deyib.

Onun sözlərinə görə, Dünya Bankının yoxsulluq meyarlarına görə, Ukrayna əhalisinin 70 faizi gündə üç dollardan az bir vəsaitə yaşayır, milyon yarım muzdlu işçi isə, yaşayış minimumundan aşağı maaş alır. Bundan başqa, iqtisadi böhran şəraitində Ukraynada hər gün 7 min işçi işdən azad edilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti