...

Qəzzədə atəş dayandırılmasa, müharibə bütün Yaxın Şərqə yayıla bilər – Türkiyənin xarici işlər naziri

Dünya xəbərləri Materials 29 Dekabr 2008 15:06 (UTC +04:00)
Qəzzədə atəş dayandırılmasa, müharibə bütün Yaxın Şərqə yayıla bilər – Türkiyənin xarici işlər naziri

Misirin xarici işlər naziri Əhməd  Əbul Ğeys  ilə görüşdən sonra mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Əli Babacan bildirib ki, görüşdə əsas mövzu Türkiyənin vasitəçilik etdiyi Suriya - İsrail danışıqları olub. Babacan İsrail ilə Suriya arasında danışıqların davam etdiyi bir vaxtda, Yaxın Şərqdə sabitliyin təmin edilməsində əsas məsələ olan Fələstin - İsrali münasibətlərinin gərginıləşməsinin və İsrailin Qəzzəni bombalamasının təəssüfləndirici hadisə olduğunu bildirib. Babacan, İsrailin Fələstin cəbhəsində müharibə, Suriya cəbhəsində sülh danışıqları aparmasının məntiqli olmadığını qeyd edib və əlavə edib ki, belə bir şəraitdə danışıqların davam etdirilməsi qeyri - mümkündür. Babacan dərhal atəşin dayandırmasını və diplomatik kanalların işə düşməsini tələb etdiklıərini bildirib. Onun sözlərinə görə, atəş dayandırılmasa, bu müharibənin Qəzzə hüdudlarını aşaraq bütün Yaxın Şərqi əhatə etməsi təhlükəsi var.

Dekabrın 27-də  günorta satlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə zolağını raket atəşinə tutublar. Dekarbın 19 - da  Həmas təşkilatı və Israil arasında  müvəqqəti  atəşkəsin başa  çatmasından  sonra,  Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin  Sederot va Aşkelon yaşayış məntəqələrini  raket atəşinət tutub.

Israilin dekabrın 27 - də  keçirdiyi  hərbi  əmaliyyatlar zamanı 310 nəfər həlak olub, 700  nəfər  yaralanıb.

Həmas təşkilatının Qəzzədəki  matbuat xidmətindən Trend -a verilən məlumata  görə, ölən və  yaralananların əksəriyyəti qadın və uşaqlardır. Həmas və Islami Cihad  ldierləri  İsrail rəsmilərindən  Qəzzədə  törədilən cinayətlərə  görə  qisas alacaqlarını  bildirblər.

Həmas İsrailin Qəzzə zolağının  bombalamasına cavab olaraq ,Sederot və Aşkelon yəhudi məntəqələrinə  60 - a yaxın raket zərbəsi  endirib.  İsrail  hökuməti  Aşkelon və Sederotda fövqəladə vəziyyət elan edib.

.

Xəbər lenti

Xəbər lenti