...

Belçikanın ENEX şirkəti Türkmənistanda YEK, alternativ enerji və telekommunikasiya sahəsində layihələri müzakirə edib

Dünya xəbərləri Materials 26 Yanvar 2009 20:59 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 26 yanvar/ Trend , müxbir E.Həsənov/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Belçikanın ENEX Process Engineering SA şirkətinin Baş direktoru Kun Minne ilə bazar ertəsi keçirilən görüşündə yanacaq-energetika kompleksi (YEK), alternativ enerji və telekommunikasiya sahəsində bir sıra layihələrin praktiki gedişi müzakirə edilib, - Türkmənistanın dövlət TV-si xəbər verir.

"Kun Minne Türkmənistanda ENEX-ə etibar edilmş bir sıra konkret layihələrin irəliləyişi barədə xəbər verib, xüsusilə də yanacaq-energetika sektoru və telekommunikasiya sahəsində qarşılıqlı əlaqələrin  gələcək artımına dair öz təkliflərini irəli sürüb", - məlumatda deyilir.Bundan başqa, Aşqabadın enerjiyə qənaət sisteminin müasirləşdirilməsi və yerli şəraitdə günəş, külək enerjisindən istifadə üzrə layihələr nəzərdən keçirilib.

"İstehsalat infrastrukturunun müasirləşdirilməsi də daxil olmaqla, bütün sahələrin diversifikasiyası siyasətini həyata keçirən Türkmənistan ən qabaqcıl işləmələr və innovasiya texnologiyalarının cəlb edilməsində maraqlıdır və belçikalı tərəfdaşların bütün təkliflərini nəzərdən keçirməyə hazırdır", - Berdiməhəmmədov bildirib.

Əvvəllər Türkmənistanın dövlət başçısı ölkənin nou-xau və ən qabaqcıl, o cümlədən  nano-texnologiyaların cəlb edilməsində maraqlı olduğunu deyirdi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti