...

İsrailin beynəlxalq hərbi tribunalda ittiham ediləcəyi inandırıcı deyil - SORĞU

Dünya xəbərləri Materials 6 Fevral 2009 16:50 (UTC +04:00)

Azərbaycan, Baкı, 06 fevral / Trend , müхbir B.Həsənov, U.Sadıxova/ Dekabrın 27-dən yanvarın 20-nə qədər İsrail Qəzzə Zolağında HƏMAS üzvlərinə qarşı "Ərimiş qurğuşun" hərbi əməliyyatını aparıb. 1500-dən çox fələstinli hərbi münaqişənin qurbanı olub, təxminən 5000 nəfər yaralanıb. Qəzzədə vəziyyət humanitar fəlakət həddindədir.

Beynəlxalq Haaqa tribunalının  prokurorlarından biri olan Luis Moreno Okampo İsrailin keçirdiyi hərbi əməliiyyatlar zamanı 1500 adamın qətlə yetirilməsi və 5000 dən çox adamın yaralanması faktını araşdıraraq İsrailin hərbi tribunala verilməsinin labüdlüyünü bildirib. İordaniya Parlamentinin bir qrup deputatı da  fevralın 6-da İsrailin HƏMAS-a qarşı Qəzzədə keçirdiyi hərbi əməliyyatlar zamanı çoxlu sayda dinc əhalinin qətlə yetirildiyinə görə beynəlxalq tribunala müraciət edəcəklərini bildiriblər. Bu haqda Əl-Cəzirə telekanlı məlumat verib.

Trend -un müxbirləri bu sualla ekspert və politoloqlara müraciət ediblər :

İsrail hərbi hava qüvvələrinin Qəzzədə HƏMAS-a qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı dinc əhalinin xəsarət almasına görə İsrailin  beynəlxalq hərbi  tribunalda ittiham ediləcəyi nə dərəcədə realdır?

Acer Yücel,  Beynəlxalq Strateji Araşdırmaları Mərkəzinin beynəlxalq hüquq üzrə eksperti

-Hüquqi cəhətdən İsrailin beynəlxalq məhkəmədə ittiham edilməsi qeyri mümükündür. Silahlı münaqişələrdə törədilən cinayətlər üzrə işlərə baxan beynəlxalq məhkəmənin bir ölkənin vətəndaşını ittiham edə bilməsi üçün silahlı münaqişə zamanı cinayət törədən, ya da ərazisində cinayət törədilən dövlətin bu məhkəməni rəsmən tanıması əsas şərtdir. Bir çox ölkələr bu  məhkəməni rəsmi şəkildə tanısa da, İsrail bu məhkəməni tanımayan ölkələr sırasındadır. Bundan əlavə, Fələstinin dövlət olub-olmaması beynəlxalq aləmdə mübahisəli məsələdir. Ona görə də İsrailin bu məhkəmədə ittiham edilməsi hüquqi cəhətdən mümkün deyil.

Lakin BMT tərəfindən İsrailin Qəzzəyə hücumu zamanı törədilən cinayətləri müəyyənləşdirmək üçün dəlillər toplayan bir komissiya təşkil edilib. Komissiyanın məqsədi dəlilləri itmədən əvvəl toplamaq və  gələcəkdə İsrailin ittihamı üçün hüquqi əsas yaranarsa bu dəlilləri orada istifadə etməkdir. Hərbi əməliyyatlar əsnasında İsraildə hərbi cinayətlərin törədilməsi üçün əmr verən şəxslərin ittiham edilməsinin yeganə yolu BMT Təhlükəsizlik Şurasının xüsusi bir məhkəmə yaratmasıdır. Bu cür təcrübə artıq var və Bosniya və Hersoqovinada müharibə vaxtı cinayət törədən keçmiş Yuqoslaviyanın səlahiyyətli şəxsləri BMT Təhlükəsizlik Şurasının yaratdığı xüsusi məhkəmədə ittiham olunur. Lakin ABŞ-ın BMT Təhıükəsizlik Şurasındakı veto hüququnun olduğunu nəzərə alsaq deyə bilərik ki, İsrail üçün belə bir məhkəmənin yaradılacağı inadırıcı deyil. 

Hillel Friş (Hillel Frisch) İsrailin Beqin Sedat universitetinin nəzdindəki Barİlan strateji araşdırmalar mərkəzinin  eksperti

-Əgər şikayət olarsa məhkəmə şikayəti təmin etmək üçün araşdırmalara başlaya bilər. İsrail əleyhinə bu kimi  ittihamlar daha əvvəl də olub. İsrail 2002-ci ildə Fələstindəki Cenin qaçqın düşərgəsində hərbi əməliyyatlar aparan zaman Fələstin tərəfi İsrailin orada qırğın törətdiyini iddia edərək məhkəməyə müraciət etdilər, lakin araşdırmalar iddiaları təkzib etdi. Tərəflər həmişə təkcə müharibədə yox, məhkəmədə də qələbə qazanmağa çalışırlar və bu qanunların savaşıdır. İsrailin hüquqlarını çox yaxşı müdafiə edə bilən hüquqçuları var və onlar indiyə qədər dəfələrlə İsraili lazımınca müdafiə ediblər. HƏMAS həmişə dinc əhalini qalxan kimi istifadə edib və İsrail bunu gündəmə gətirir. İndiyə qədər İsrailin hansısa məhkəmədə ittiham olunmasına nail olunmayıb və məncə bundan sonra da nail ola bilməyəcəklər.

Mazin Qumsiye (Mazin Qumsieh), Human Right Watch təşkilatını fəalı, Xalqların Dotsluq mərkəzinin  (Center for people rapprochement ) direktoru  

-İsrail BMT-nin Təhlükəsizlik Şürasının qoyquğu qadağaları kobud şəkildə pozub və Qəzzədə sözün əsl  mənasında hərbi cinayətlər törədib. Əslində İsrail BMT TŞ-nın bütün qətnamələrinə əməl etməlidir. Qəzzədə İsrail ordusu insan hüqüqlarını ciddi pozaraq etnik təmizləmə həyata keçirib. Bundən əlavə İsrail ordusu müharibədə hücüm zamanı istifadəsi qadağan olan ağ fosfor tərkibli bombalardan istifadə edib. Buna görə də hərbi əməliiyatların dinc əhali üzərindəki nəticələri çox ağır olub. Bütün bunlar onu göstərir ki, İsrail Cenevrə konvensiyasının dördüncü maddəsini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı soyqırım törədib.

Vilyam Çabas (William Chabas  - Irish center for the human rights)- İrlandiya insan hüqüqları  komitəsinin eksperti

- Beynəlxalq Məhkəmə hər şeydən əvvəl Qəzzədə keçirilən hərbi əməliyyatların hərbi cinayət olub-olmadığını araşdırmalıdır. Hal hazırda Qəzzə ərazisində belə bir araşdırmanın aparılması üçün beynəlxalq  məhkəmənin heç bir hüqüqu yoxdur. Əgər belə bir araşdırma aparılarsa insan hüqüqları komitələri araşdırmanı yaxından izləyəcəklər. Hər şey bu araşdırmanın nəticələrindən asılı olacaq.

Bessam Eyd (Bassam Eid - head of Palestinian human rights monitoring group), Fələstin insan hüqüqları monitorinq qrupunun başçısı

- İsrailin Qəzzədə keçirdiyi hərbi əməliyyatlara görə Beynəlxalq Məhkəməyə verilməsi doğrudur. Lakin bu  işin sona qədər başa çatdırılması bir o qədər də inandırırcı deyil. İsrail işğal olumuş Fələstin ərazilərində "Utanc Divarı"-nın (İsrail ilə İordan çayının qərb sahilini ayıran divar) tikilməsi zamanı da bəzi hüqüq müdafiəçiləri tərəfindən irqçilikdə ittiham edildi və divarın sökülməsi  üçün tədbirlər görülməsi istənildi. Lakin bu divar hələ də mövcuddur. İsrail bundan əvvəl də Fələstin və Livan  ərazilərində hərbi cinayətlər  törədib, lakin hələ də bu cinayətlərə görə heç bir məsuliyyətə cəlb olunmayıb. Fələstinlilər bu ittihamın da  nəticəsiz qalacağını bilirlər, sadəcə olaraq belə bir addımın atılması ilə onlar beynəlxalq ictimaiyyəti Fələstin probleminə və İsrailin törətdiyi hərbi cinayətlərə yönəltmək istəyirlər.

Məqalənin hazırlanmasında Rufiz Hafizoğlu iştirak edib.

Məqalə müəllifi ilə əlaqə : trеnd@trеnd.az

Xəbər lenti

Xəbər lenti