Qırğızıstan, Bişkek, 16 fevral/ Trend , müxbir R.Məşədihəsənli/ Qırğızıstan Xarici İşlər Nazirliyində (XİN) ictimai qəbul təşkil edilib. Bu barədə bazar ertəsi Trend -un müxbirinə Qırğızıstan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, ictimai qəbul vətəndaş və ictimai təşkilatların nümayəndələrinin qəbulunu həyata keçirir. Vətəndaşların qəbulu isə hər gün iş vaxtı reallaşdırılır.
Şəxsi məsələlərə görə qəbul təsdiq edilən cədvələ əsasən nazir, nazirin birinci müavini və nazirin müavinləri tərəfindən həyata keçirilir
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]