...

Gürcüstanın Baş naziri Brüsselə səfər edib

Dünya xəbərləri Materials 4 Mart 2009 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir N.Kirtsxaliya/ Bu gün səhər Gürcüstanın Baş naziri Nika Qilauri Bürüsselə səfər edib. Baş nazirin aparatından Trend -a verilən məlumata görə, Qilauri Avropa Parlamenti, Avropa İttifaqı və NATO-nun baş qərərgahlarında görüşlər keçirəcək.
Qilauri martın 4-də Aİ-nin baş qərərgahında görüşlər keçirəcək. O, burada viza rejiminin sadələşdirilməsi və azad ticarət rejimi məsələlərini müzakirə etmək niyyətindədir.
Baş nazir martın 5-də Brüsseldə keçiriləcək Gürcüstan-NATO komissiyasının iclasında iştirak edəcək. O, NATO-nun nazirlər səviyyəsində keçiriləcək iclası çərçivəsində keçiriləcək.

Ötən il Gürcüstan tərəfi NATO ilə münasibətlər üzrə ayrıca komissiyanın yaradılması imkanı əldə edib. Bu qərar alyans tərəfindən Rusiyanın təcavüzündən sonra qəbul olunub.

NATO 2007-ci ilin dekabrında Gürcüstanın "mütləq NATO-nun üzvü olacağı barədə" qərar qəbul edib. Gürcüstanla bağlı yaxın vaxtlarda təsdiq olunmalı olan illik fəaliyyət proqramı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti