...

Məhəmməd Xatəmi İranda keçiriləcək prezident seçkilərində iştirakdan imtina edib (ƏLAVƏ EDİLİB)

Dünya xəbərləri Materials 17 Mart 2009 10:57 (UTC +04:00)
Məhəmməd Xatəmi İranda keçiriləcək prezident seçkilərində iştirakdan imtina edib (ƏLAVƏ EDİLİB)

İranın sabiq prezidenti Məhəmməd Xatəmi bu ilin iyun ayında keçiriləcək prezident seçkilərində iştirak etməkdən imtina edib. Bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.

Xatəmi martın 16-dan 17-nə keçən gecə rəsmi şəkildə bəyanat yayaraq seçkilərdə iştirak etməyəcəyini bildirib. "Əxlaqi qərar qəbul etmək hakimiyyətdən vacibdir",- deyə bəyanatda bildirilib.

"İslahatçılar düşərgəsindən İran prezidenti postuna namizədlərin çox olması səbəbindən Məhəmməd Xatəmi namizədliyini geri götürüb", - deyə Trend -a telefonla sabiq prezidentin keçmiş müavini Məhəmməh Əli Abtaxi bildirib.

Onun sözlərinə görə, namizədlərin sayının çox olması İslahatçılar düşərgəsinin hansısa ayrıca nümayəndəsinin seçkilərdə qalib gəlmək üçün kifayət qədər səs toplamasına imkan verməyəcək. "O, İslahatçılar düşərgəsinin digər nəmizədi - Mirhüseyn Musəvinin xeyrinə seçkilərdə iştirakdan imtina edib", - deyə Abtaxi vurğulayıb.

Xatəmi xalqı seçkilərdə fəal iştirak etməyə çağırıb və bildirib ki, İslahatçılar düşərgəsində birlik yaratmaq üçün öz səylərini əsirgəməmək niyyətindədir.

O, bəyanatında prezident postuna namizəd Mirhüseyn Musəvini tərbiyəli, azadfikirli və layiqli insan adlandırıb. Xatəminin fikrincə, həmişə xalqın maraqlarını, həmçinin dünya müstəvisində İranın imicini müdafiə edən Musəvi, dövlətdə islahatlar aparmaq iqtidarındadır.

Xatəmi İranın hazırkı prezidenti Mahmud Əhmədinejadın siyasətini tənqid edib. Onun rəyinə görə, 

Əhmədinejadın prezidentliyi dövründə İran ağır siyasi və iqtisadi vəziyyətə düşüb.

Bazar günü Xatəmi Musəvi ilə görüşüb.

Əhmədinejad hələ ki, prezident postuna namizədliyini irəli sürməsi barədə bəyanat verməyib.

Xəbər lenti

Xəbər lenti