...

İran-Ermənistan dəmiryol layihəsinin həyata keçirilməsində Dünya Bankı və Asiya İnkişaf Bankı iştirak edəcək

Dünya xəbərləri Materials 18 Mart 2009 15:45 (UTC +04:00)

İran-Ermənistan dəmiryol layihəsinin həyata keçirilməsi Ermənistan üçün çox əhəmiyyətlidir, Ermənistanın Baş naziri Tiqran Sarkisyan bildirib.

Onun sözlərinə görə, İran-Ermənistan dəmiryol xəttinin tikintisi layihəsinə lazım olan sərmayə 2 milyard dollar təşkil edir və Dünya Bankı və Asiya İnkişaf Bankı (AİB) bu layihəni maliyyələşdirməyə hazır olduqlarını bildiriblər. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Sarkisyan bildirib ki, İran-Ermənistan dəmiryol xəttinin tikilməsi Ermənistana yüklərin daşınması üçün yeni imkan yaradacaq. Onun sözlərinə görə, 13 sərhəd zonasından dəmiryolunun çəkilməsi ilə bağlı təklif irəli sürülüb.

Sarkisyan qeyd edib ki, Ermənistan Asiya İnkişaf Bankı ilə artıq müzakirələr aparıb və AİB layihənin icrası üçün kreditlərin ayrılmasına hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti