...

Ümid edirəm ki, ABŞ 1915-ci il hadisələri ilə bağlı səhv addım atmayacaq - Türkiyə XİN-in başçısı

Dünya xəbərləri Materials 19 Mart 2009 13:12 (UTC +04:00)
Ümid edirəm ki, ABŞ 1915-ci il hadisələri ilə bağlı səhv addım atmayacaq - Türkiyə XİN-in başçısı

Türkiyə xarici işlər naziri Əli Babacan Kanal 7-yə verdiyi müsahibəsi zamanı ABŞ-ın qondarma "erməni soyqırımı" məsələsində səhv addım atmayacağına ümid etdiyini bildirib.

Bu haqda Türkiyənin HABER TÜRK qəzeti məlumat verib.

Babacan erməni lobbisinin ABŞ- konqresinə güclü təsiri olduğunu bildirib. Türkiyə XİN-in başçısı onu da qeyd edib ki, keçən illərdən fərqli olaraq, bu il Türkiyə ilə Ermənistan arasında müzakirələr aparılır.

Türkiyə Ermənistan danışıqlarında əsas hədəfin iki ölkə arasında əlaqələrin tam olaraq normallaşması olduğunu bildirən Babacan "Azərbaycan , Ermənistan Türkiyə əlaqələrinin normallaşması Cənubi  Qafqazda yeni geosiyasətin yaranması ilə nəticələnəcək" deyə bildirib.

Babacan onu da əlavə edib ki, 1915-ci il hadisələri ilə bağlı üçüncü ölkənin hər hansı bir addım atması bu danışıqlara xələl yetirə bilər.

Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Yerevan tərəfindən başlanılmış uydurma soyqırımın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması diplomatik münasibətlərin dayandırılmasına səbəb olub.

Türkiyə prezidenti Abdulla Gül Ermənistan prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti