...

Total "Cənubi Pars" layihəsi üzrə işləri davam etdirir – İranın neft naziri

Dünya xəbərləri Materials 19 Mart 2009 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend /

"Fransanın "Total" neft şirkəti "Cənubi Pars" iri qaz yatağı layihəsi üzrə işləri davam etdirir", - Fars agentliyinin verdiyi məlumata əsasən, İranın neft naziri Qulamhüseyn Nozari Cenevrədəki mətbuat-konfransında bildirib.

"Total" şirkəti "Cənubi Pars" qaz layihəsinin inkişafı istiqamətində işlərin aparılmasına razılığını bildirib. "Biz qaz və neft layihələrinin həyata keçirilməsində qərarlıyıq. Bu səbədən də bu layihələrə bəzi xarici şirkətlərin cəlb olunması üçün şərait yaratmışıq, lakin layihədə iştirak etmək qərarını şirkətlər özləri verməlidir", - deyə Nozari bildirib.

Öncə İranın Milli Neft Şirkətinin direktoru Seyfulla Caşnsaz bildirmişdi ki, Fransa şirkəti tərəfindən "Cənubi Pars" qaz layihəsinin 11-ci fazasının işlərinin ləngiməsi səbəbindən "Total"ın payı başqa şirkətə veriləcək.

Caşnsazın bəyanatına şərh verən "Total"ın rəsmi nümayəndəsi Fenelop Senevan Trend -a bildirmişdi ki, "Cənubi Pars" qaz layihəsinin 11-ci fazasının işlərinin fransız şirkəti tərəfindən aparılması istiqamətində danışıqlar hələ də aparılır və bu barədə qəti qərar qəbul olunmayıb. Senevan Tehranın fransız şirkətinin bu layihədə iştirakından narazı qalması səbəbləri barəsində isə heç bir şərh verməyib.

"Cənubi Pars" dünyanın ən böyük qaz yatağıdır, onun ehtiyatları 14 trilyon kubmetr mavi qaz təşkil edir.

Xəbər lenti

Xəbər lenti