...

Ankara Danimarka nümayəndəsinin NATO-nun baş katibi postuna seçilməsini əngəlləyə bilər

Dünya xəbərləri Materials 22 Mart 2009 19:09 (UTC +04:00)
Ankara Danimarka nümayəndəsinin NATO-nun baş katibi postuna seçilməsini əngəlləyə bilər

Türkiyə Danimarka baş naziri Anders Foq Rasmussenin NATO baş katibi postuna seçilməsini əngəlləyə bilər. Türkiyənin Cihan agentliyinin məlumatına görə, bunu Röytersə açıqlamasında adının hallanmasını istəməyən türk diplomatı deyib. Onun sözlərinə görə, bu məsələdə əsas arqument rolunda 2008-ci ilin fevralında Danimarkada Hz.Məhəmməd (s.ə.s) peyğəmbəri təhqir edən karikaturların çap edilməsi çıxış edə bilər.
NATO-nun hazırkı baş katibi Yap de Hoop Sxefferin səlahiyyətlərinin müddəti bu ilin iyulunda başa çatır. Real namizədlər arasında Danimarka baş naziri Anders Foq Rasmussen, Polşa XİN başçısı Radek Sikorski və Kanadanın müdafiə naziri yer alırlar. Makkeyin namizədliyi ABŞ vitse-prezidenti Co Baydenin "NATO baş katibi mütləq Avropa ölkəsinin nümayəndəsi olmaya bilər" bəyanatından sonra irəli sürülüb.
Türk diplomatının sözlərinə görə, bu məsələdə digər məqamlar da var. "Danimarkada PKK-yə yaxın telekanalın yayımına icazə verilməsi və Rasmussenin 2003-cü ildə Türkiyənin heç vaxt Avropa Birliyi üzv olmayacağı haqda bəyanatı da bu məsələdə rol oynayır" - deyə o vurğulayıb.
Diplomat həmçinin Kanadanın vaxtilə Türkiyəyə siyasi dəstək göstərdiyini xatırladıb və buna görə Ankaranın məhz bu ölkənin müdafiə nazirinin NATO baş katibi postuna namizədliyini dəstəkləyəcəyini istisna etməyib.

Xəbər lenti

Xəbər lenti