...

Obama İranla danışıqlarda "sabit tərəqqi"ni gözləyir

Dünya xəbərləri Materials 25 Mart 2009 06:23 (UTC +04:00)
Obama İranla danışıqlarda "sabit tərəqqi"ni gözləyir

ABŞ prezidenti Barak Obama güman edir ki, İranla danışıqlarda "sabit tərəqqi" olacaq.
Çərşənbə axşamı Ağ evdəki brifinqdə çıxış edən Obama pozitiv gözləntilərini İrana ünvanlanan video-müraciətinin effektivliyinə olan ümidləri ilə izah edib.
"Biz İran xalqı və hakimiyyəti üçün video-müraciət hazırladıq. Bir çoxları deyir ki, iranlılar dərhal nüvə silahını məhv etməyəcəklər. Biz heç də bunu gözləmirdik. Gözləyirik ki, bu sahədə sabit tərəqqiyə nail ola biləcəyik", - deyə o bildirib.
Obama qeyd edib ki, siyasətin əsas vasitəsi məqsədin əldə edilməsi üçün nümayiş etdirilən qətiyyətdir.
ABŞ və digər ölkələr İranın gizlincə nüvə silahını hazırlamağından şübhələnirlər. Tehran bu iddiaları rədd edir və bildirir ki, onun nüvə proqramı ölkənin elektrik enerjisinin tələbatlarını ödəmək məqsədini daşıyır.

Xəbər lenti

Xəbər lenti