...

Qazaxıstan alpinistləri Everesti fəth etməyi planlaşdırır

Dünya xəbərləri Materials 27 Mart 2009 16:38 (UTC +04:00)

Qazaxıstan, Astana, 27 mart / Trend müxbir K.Arınova/ Martın 28-də "Qazaxıstanlılar dünyanın ən yüksək zirvələrində" proqramı çərçivəsində "Lxotse-Everest-2009" qazax alpinist komandasının ekspedisiyası start götürür", - Trend -a QR-nın alpinizm və qayalara dırmaşma Federasiyasının cavabdeh katibi Tatyana Salamaxina deyib.

"İki zirvəyə çıxış planlaşdırılır - dünyanın ən hündür nöqtəsi olan Everest (hündürlüyü - 8 848 metr) və hündürlüyünə görə dördüncü olan Lxotse zirvələri (8 516 metr)", - Salamaxina bildirib.

Onun sözlərinə görə, Lxotse zirvəsinin fəthi "Qazaxıstanlılar dünyanın ən yüksək zirvələrində" layihəsinin son mərhələsi olacaq. Bu layihənin məqsədi - əlavə oksigendən yararlanmadan dəniz səviyyəsindən 8 000 metrdən hündürlükdə yerləşən bütün 14 dağ zirvəsinin fəthidir.

Komandaya ən güclü peşəkar alpinistlər daxil olub: Maksut Jumayev, Vasili Pivtsov, Sergey Samoylov, Artyom Skopin, Aleksandr Rudakov, Yevgeni Şutov, Aleksandr Sofrıgin.

Yer kürəsində 8 000 metrdən hündür cəmi 14 zirvə vardır. Onlar Himalay və Qaraqorumda yerləşirlər. Bunlar Comolunqma (Everest) - 8 848 m, К2 (Çoqori) - 8 611 m, Kançencanqa - 8 585 m, Lxotse - 8 516 m, Makalu - 8 515 m, Dxaulaqiri - 8 172 m, Ço Oyyu - 8 158 m, Manaslu - 8 156 m, Nanqa Parbat - 8 125 m, Annapurna I - 8 072 m, Hidden-pik (К5) - 8 068 m, Broud-pik - 8 047 m, Haşerbrum II - 8 035 m, Şişa Panqmadır - 8 013 m.

Ekspedisiya QR-nın alpinizm və qayalara dırmaşma Federasiyası tərəfindən təşkil edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti