...

İranın Mazandaran əyalətində meşə yanğını 130 hektar ərazini məhv edib

Dünya xəbərləri Materials 29 Mart 2009 14:31 (UTC +04:00)

İ ranın Mazandaran əyalətinin Sari şəhərinin Lala kəndi ətrafında martın 29-da baş vermiş meşə yanğını 130 hektar ərazini məhv edib. Bu barədə İran televiziyası məlumat yayıb.

"Meşə yanğını əyalət meşəsinə 280 min dollar ziyan vurub", - deyə Mazandaran əyalətinin Təbii Sərvətlərin Mühafizəsi İdarəsinin direktoru Əlipur bazar günü bildirib.

Onun sözlərinə görə, yanğın qəsdən törədilib. "Yanğınsöndürənləri kənd sakinləri, bölgə polis qüvvələri müşaiyət edib. Yanğının söndürülməsinə 2 saat sərf olunub", - deyə Əlipur bildirib.

Xəbər lenti

Xəbər lenti