...

Ukraynada baş nazir vəzifəsi daha çox elektrik oturacağı xatırladır - Yuliya Timoşenko

Dünya xəbərləri Materials 31 Mart 2009 02:58 (UTC +04:00)
Ukraynada baş nazir vəzifəsi daha çox elektrik oturacağı xatırladır - Yuliya Timoşenko

Bu gün, yəni maliyyə-iqtisadi böhranı dönəmində Ukraynada baş nazir postu daha çox elektrik oturacağı xatırladır. Bunu bazar ertəsi günü gecə Ukraynanın "ICTV" telekanalının canlı yayımında Ukrayna baş naziri Yuliya Timoşenko deyib.

O qeyd edib ki, hökumət ölkə iqtisadiyyatındakı durumun yaxşılaşdırılması istiqamətində çalışdığı bir vaxtda, yerli siyasətçilər onun ünvanına ittihamlar yağdırırlar və belə bir durumda işləmək çətindir. Baş nazirin sözlərinə görə, müxalifət üçün xüsusi olaraq bu cür çətin bir dönəmdə hökuməti tənqid etmək asan olur.

RİA Novosti agentliyinin xəbərinə görə, Timoşenko bildirib ki, siyasətçilər prezident seçkilərinin keçiriləcəyini nəzərə alaraq reytinqlərini artırmaq üçün yaranmış durumdan istifadə edirlər. Ukraynada növbəti prezident seçkiləri 2009-cu ilin sonunda - 2010-cu ilin əvvəlində keçiriləcək.

"Nə qədər çox müxalifət nümayəndələri  hökuməti tənqid edirsə, bir o qədər çox reytinq qazanırlar. Siyasətçilərin hamısı bu gün prezident seçkilərinə hazırlaşır", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti