...

ABŞ Azərbaycan hökumətinin ölkənin səhiyyə infrastrukturunun inkişafında göstərdiyi səyləri dəstəkləyir

Dünya xəbərləri Materials 7 Aprel 2009 13:41 (UTC +04:00)
ABŞ Azərbaycan hökumətinin ölkənin səhiyyə infrastrukturunun inkişafında göstərdiyi səyləri dəstəkləyir

Azərbaycan, Bakı, 07 aprel / Trend , Y.Ostapenko /

ABŞ, Azərbaycan hökumətinin, ölkəni regionda inkişaf etmiş səhiyyə infrastrukturuna malik model kimi görmək istiqamətində səylərini dəstəkləyir.

"Azərbaycan rəhbərliyi və ölkənin Səhiyyə Nazirliyi Azərbaycanı ilk növbədə, regionda səhiyyə infrastrukturu inkişaf etmiş ölkə modeli kimi görmək istəyir. Amerika hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) məqsədlərə nail olmaq üçün Azərbaycanın bu səylərini dəstəkləyəcək", - deyə çərşənbə axşamı jurnalistlərə USAİD-in Azərbaycandakı əlaqələndiricisi Skot Teylor bildirib.

Teylor respublika hökumətinin zaman keçdikcə daha əhəmiyyətli olacaq səylərinin tezliklə müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.

USAID proqramları 1992-ci ildən Azərbaycanda həyata keçirilir. Son 15 ildə agentlik Azərbaycana 284 milyon dollar sərmayə yatırıb. 2002-ci ildən başlayaraq, USAID öz səylərini ölkənin iqtisadi, siyasi və sosial inkişafına cəmləşdirib.

Demokratiya və idarəetmə, səhiyyə və iqtisadi artıma dəstək üçün üç prioritet sahə müəyyən edilib.

Üç prioritet istiqamətin inkişafı üçün büdcəsi 125 mln. dollar olan 25 layihə reallaşdırılır.

USAID müntəzəm proqram büdcəsi ilə yanaşı, qadınların sağlamlığı ilə bağlı layihələr reallaşdırmaq üçün əlavə olaraq 1,3 mln.dollar və bu il "quş qripi"nin qarşısını almaq üçün 2,5 mln. dollar alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti