...

ABŞ dəyişikliklərlə bağlı iddiasını əməldə göstərməlidir - İran prezidenti (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 8 Aprel 2009 14:07 (UTC +04:00)
ABŞ dəyişikliklərlə bağlı iddiasını əməldə göstərməlidir - İran prezidenti (ƏLAVƏ OLUNUB)

"ABŞ İrana qarşı siyasətinin dəyişməsindən danışırsa, tutduğu mövqedən əməli şəkildə geri çəkilməlidir", - deyə İran prezidenti Mahmud Əhmədinejad bildirib. Prezident bu barədə İran televiziyası (İRİNN) ilə canlı yayımda çıxışı zamanı deyib.

Əhmədinejad aprelin 8-də İranın İsfahan şəhərinə səfəri zamanı çıxışında bildirib ki, Obama Novruz bayramı münasibətilə İran xalqına ünvanladığı təbriklə ikili mahiyyət güdüb.

Əhmədinejad qeyd edib ki, ABŞ prezidenti çıxışı zamanı İran xalqının böyük və qədim mədənəyyətə malik olduğunu vurğulasa da, digər tərəfdən, ünvanladığı təbrikdə bildirib ki, İran xalqı beynəlxalq aləmdə nüvə silahının köməyi ilə və hərbi yolla özünə imic qazana bilməz. "Bu fikirlər tamamilə bir-biri ilə ziddiyyət təşkil edir", - İran prezidenti deyib.

"ABŞ həqiqətən də İrana qarşı siyasətini dəyişmək istəyirsə, bunu əməldə göstərməlidir", - deyə Əhmədinejad bildirib.

İrana qarşı iqtisadi sanksiyalar, qətnamələr, təzyiqlər, təhdidlər və hörmətsizliklər ABŞ tərəfindən davamlı şəkildə həyata keçirilir. "İran xalqı ona uzadılmış həqiqi və dost əlini sıxmağa hazırdır. Lakin əgər bu uzadılmış əlin arxasında məkirli niyyətlər durursa, bizim cavabımız cənab Buşa verdiyimiz cavabla eyni olacaq", - deyə Əhmədinejad bildirib.

Xəbər lenti

Xəbər lenti