...

Avropa İttifaqının xarici sərhədlərin mühafizəsi üzrə agentliyinin nümayəndə heyəti Tbilisiyə gəlir

Dünya xəbərləri Materials 21 Aprel 2009 11:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 aprel / Trend , müxbir N.Kirtsxalia /

Avropa İttifaqı ölkələrinin xarici sərhədlərinin mühafizəsi üzrə əməkdaşlıq İdarəsinin Avropa Agentliyinin risklərin təhlili qrupunun nümayəndə heyəti bu gün Tbilisiyə üçgünlük səfərə gəlir. 

Gürcüstanın Sərhəd Polisindən verilən məlumata görə, nümayəndə heyəti Gürcüstana 2008-ci il 4 dekabr tarixində Gürcüstanın Daxili İşlər Nazirliyi ilə imzalanan saziş çərçivəsində gələcək.

Səfər zamanı nümayəndə heyəti üzvləri Gürcstanın Sərhəd Polisi rəhbəri Zaza Qoqava ilə görüş keçirəcəklər. 

Aİ Agentliyinin qrupu Gürcüstanın Sərhəd Polisində aparılan islahatlar ilə tanış olacaq, ötən il ərzində görülən işlərə yekun vuracaq.

Tərəflər həmçinin 2010-cu il üçün əməkdaşlıq planı hazırlayacaqlar.

Səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Gürcüstanın daxili işlər nazirinin müavini Yekaterina Zquladze ilə də görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti