...

Vatikan Ərəb Dövlətləri Liqası ilə anlaşma qətnaməsi imzalayıb

Dünya xəbərləri Materials 24 Aprel 2009 14:53 (UTC +04:00)

"Vatikan Ərəb Dövlətləri Liqası (ƏDL) ilə siyasi və mədəni anlaşmanın möhkəmləndirilməsi haqda qətnamə imzalayıb", - İtaliyanın "AKİ" agentliyi xəbərə verir.

Vatikanın bəyanatında deyilir ki, sənəd Vatikanın dövlət katibi Dominik Mamberti ilə ƏDL-in baş katibi Əmr Mussa arasında imzalanıb.

Vatikanın dövlət katibi Tarsio Bertone və ƏDL-in Vatikandakı nümayəndəsi Valid Əl-Qəlqani də cümə axşamı keçirilən mərasimdə iştirak ediblər.

"Razılaşma Müqəddəs taxt-tacla (Vatikan) ƏDL arasındakı, xüsusilə sülh, sabitlik və təhlükəsizlik naminə siyasi və mədəni səviyyədə münasibətlərin gələcək inkişafını nəzərdə tutur. Həmçinin konfessiyalar arasındakı dialoqun başlanması məqsədilə tərəflər arasında məsləhətləşmələr üçün yollar təklif edir" , - bəyanatda deyilir.

Bazar ertəsi Fransanın Bordo şəhərində katolik yepiskopların müsəlman liderləri ilə dinlərarası dialoqun irəlilədilməsi üzrə iclası keçiriləcək.

Avstraliyalı katolik yepiskopların nümayəndə heyəti və müsəlman liderlər əlaqələrin möhkəmləndirilməsi yollarının müəyyənləşdirilməsi məqsədilə Vatikanda səfərdədirlər.

Xəbər lenti

Xəbər lenti