...

NATO-nun himayəsi altında Gürcüstanda keçiriləcək təlimlər Rusiyaya qarşı yönəlməyib – alyansın Baş katibi

Dünya xəbərləri Materials 25 Aprel 2009 10:49 (UTC +04:00)
NATO-nun himayəsi altında Gürcüstanda keçiriləcək təlimlər Rusiyaya qarşı yönəlməyib – alyansın Baş katibi

Bu yaxınlarda NATO-nun himayəsi altında Gürcüstanda keçiriləcək çoxmillətli təlimlər Rusiyaya qarşı yönəlməyib. Bu barədə Rumıniyaya səfəri zamanı Şimali Atlantika Alyansının Baş katibi Yaap de Hoop Sxeffer bildirib. Xəbəri Assoşieyted Press Agentliyi yayıb.

RİA Novosti-nin yazdığına görə, NATO-nun himayəsi altında Cooperative Longbow 09/Cooperative Lancer 09 təlimləri 6 may-1 iyun tarixlərində Gürcüstanda keçiriləcək. Burada alyansın 19 ölkəsi və tərəfdaşlarının təqribən 1,3 min hərbçisi iştirak edəcək.

Sxeffer həmçinin qeyd edib ki, Rusiya, alyansın təlimlərə öz müşahidəçilərini göndərmək barədə təklifinə müsbət cavab verəcək.

"Biz heç nəyi gizlətmirik. Ümin edirik ki, rusiyalı müşahidəçilər gələcəklər", - deyə NATO-nun Baş katibi Rumıniya Prezidenti Trayan Basesku ilə aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Rusiyanın NATO-dakı təmsilçiləri aprelin 18-də təlimlərin keçirilməməsi xahişi ilə alyansa müraciət etdiklərini bildiriblər. "Çünki onlar təxribat mahiyyəti daşıyır və Qafqazda vəziyyətin stabilləşdirilməsinə xidmət etmir". Bununla əlaqədar olaraq Rusiya tərəfi, mayın 7-də baş qərargah rəisləri səviyyəsində Brüsseldə keçirilməli olan Rusiya-NATO Şurasının iclasında RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin iştirakını təxirə salıb. NATO da öz növbəsində bəyan edib ki, təlimlər keçiriləcək və Rusiyaya müşahidəçilərini göndərməsi təklif olunacaq.

Xəbər lenti

Xəbər lenti