...

Türkiyəni Avropa İttifaqının tam hüquqlu üzvü görmək istəyirik - Finlandiya XİN

Dünya xəbərləri Materials 8 May 2009 14:48 (UTC +04:00)

Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb türkiyəli həmkarı ilə keçirdiyi görüşdə Türkiyəni Avropa İttifaqının tam hüquqlu üzvü kimi görmək istədiyini bildirib. Bu haqda Türkiyənin TRT2 telekanalı məlumat verib.

"Əminəm ki, tez bir zamanda Türkiyə Aİ-nin tam hüquqlu üzvü olacaq", - deyə Stubb bildirib. Stubb həmçinin qeyd edib ki, Aİ-yə üzv olmaq uzun sürən bir məsələdir, lakin Türkiyədə aparılan islahatlar nəticəsində Türkiyə bu quruma tamhüquqlü üzv olacaq.

Finlandiya XİN onu da bildirib ki, səfər zamanı türkiyəli həmkarı Əhməd Davudoğlu ilə Kiprin stasunu da müzakir edib.

"Hesab edirəm ki, Kipr adasının birləşməsi və vahid bir ada halına gəlməsinə də çox qalmayıb", - deyə o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti