...

İran Parlamentinin sədri NATO-nun Əfqanıstanla bağlı yeni proqramını tənqid edib

Dünya xəbərləri Materials 14 May 2009 16:05 (UTC +04:00)

İran Parlamentinin sədri Əli Laricani NATO-nun Əfqanıstanla bağlı yeni proqramını tənqid edib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

"İraq 5 ildir işğal edilib və bundan sonra ölkənin yenidən qurulması üçün heç bir addım atılmayıb, lakin yeni hərbi bazaların tikilməsi prosesi sürətləndirilib. NATO-nun Əfqanıstanla bağlı yeni proqramı da əks nəticə verəcək", - İran Parlamentinin spikeri Laricani cümə axşamı Yəmənin Parlament sədri ilə görüşü zamanı bildirib.

NATO-nun Əfqanıstana dair yeni proqramında "Taliban" qruplaşmasının mötədillərinin siyasi proseslərdə iştirakı və Əfqanıstana daha çox hərbi qüvvələrin göndərilməsi nəzərdə tutulur.

Laricani əlavə edib ki, İslam düşmənləri müsəlman ölkələrindəki mövcud potensialları yanlış istiqamətlərə yönəltmək istəyirlər. "Onlar vacib məsələləri kənara qoyaraq cüzi və dəyərsiz məsələlərə əhəmiyyət verirlər. Əsas düşmən İsraildir", - Laricani bildirib.

Laricani İran şirkətlərinin Yəməndə müxtəlif sahələrdə sərmayə yatırmağa hazır olduğunu bildirib.

İran Parlamentinin spikeri bu gün səhər (cümə axşamı) Yəmənə səfər edib.

Xəbər lenti

Xəbər lenti