...

İsrail Livan kəndinin qaytarılması ilə bağlı danışıqları dayandırıb

Dünya xəbərləri Materials 14 May 2009 20:22 (UTC +04:00)

"Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökuməti Livanın Həcər kəndinin qaytarılması ilə bağlı danışıqları dayandırdı", - "əş-Şərq əl-Övsat" ərəb qəzeti məlumat verir.

İsrail hökumətində bu addımı Livanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə əsaslandırdılar. 

İsrailin "Jerusalem Post" qəzetinin yazdığına görə, "Hizbullah" hərəkatının İranın dəstəyi ilə seçkilər nəticəsində Livan daxilində mövqeyini möhkəmləndirərək ərazidə nəzarəti ələ alacağını İsraildə istisna etmirlər. 

Livanın Həcər kəndi İsrail ordusu və "Hizbullah" arasında aparılan ikinci Livan müharibəsindən sonra İsrailin nəzarətindədir. BMT Təhlükəsizlik Şurasının 1701 nömrəli qətnaməsinə əsasən, İsrail müharibə bitdikdən sonra kəndi tərk etməli olduğu halda hələ də ərazini tərk etməyib.

İsrailin rəsmi şəxsləri bəyan ediblər ki, parlament seçkilərindən sonra "Hizbullah"ın güclənməsi ehtimalı çox olduğundan Həcər kəndi ilə bağlı məsələ iyunda keçiriləcək parlament seçkilərindən sonra Livan hökuməti ilə müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti