...

BMT Baş katibinin Ümumdünya Sağlamlıq Gününə dair müraciəti

Dünya xəbərləri Materials 7 Aprel 2009 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel / Trend /

Fəlakət baş verdiyi zaman yaxşı hazırlanmış, işlək tibbi xidmətlərin yerində olması zərurətdir. Daşqınlar, zəlzələlər və başqa təbii fəlakətlər insan həyatında dəhşətli məhrumiyyətlərə yol aça bilər. Yoluxucu xəstəliklərin yayılması, habelə kimyəvi tullantılar və ya radiasiya hadisələri kimi insan əli ilə yaradılmış fəlakətlər də bu qəbildəndir. Xəstəxanalar, klinikalar və başqa səhiyyə ocaqları belə hallarda cəld və effektiv cavab tədbirləri görməlidir. Onlar, həmçinin təhlükəsizlik sığınacaqları təmin etməli və çalışmalıdırlar ki, özlüyündə fəlakət zonasına çevrilməsinlər. 

Xəstələr və səhiyyə işçilərinin zəlzələ zamanı xəstəxana dağıntıları altında qalmağı daha çox insan itkisinə səbəb olur. Xəstəxananın düzgün tikilməməyi və ya onun hava ventilyasiya sisteminin düzgün qurulmamağı yaxud səhiyyə işçilərinin adekvat təlimlərlə təmin edilməməyi yoluxucu xəstəliklərin yayılmasına səbəb olduqda biz əksər insanları təhlükə qarşısında qoymuş oluruq.

Diqqəti bu sadə lakin vacib prinsiplərdə cəmləşdirmək üçün, 2009-cu il Ümumdünya Sağlamlıq Günü bu ilki kampaniya üçün "Həyatları xilas edin. Fövqəladə hallarda xəstəxanaların təhlükəsizliyini təmin edin" şüarını qəbul etmişdir. Bu, bütün ölkələri fövqəladə hallarda səhiyyə sistemlərini hazırlıqlı etmək istiqamətində fəaliyyət göstərməyə qlobal çağırışdır.

Birləşmiş Millətlər Təşkilatının müxtəlif orqanları və digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq ölkələrə bu məqsədə nail olmaq üçün kömək etməkdə mühüm əhəmiyyət kəsb edir. 2008-2009-cu illər üçün Ümumdünya Fəlakətin Azaldılması Kampaniyası çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Beynəlxalq Fəlakətin Azaldılması Strategiyası və Dünya Bankı siklon, zəlzələ və digər təhlükələrə qarşı müdafiədə səhiyyə vasitələrini gücləndirmək istiqamətində səylərini birləşdirmişlər.

Biz təbii fəlakətlər zamanı təhlükəsiz ola biləcək müvafiq səhiyyə ocaqları layihələşdirmək və tikmək yolu ilə səhiyyə sistemini müdafiə etməliyik. Biz həmçinin, yəqin etməliyik ki, onlar münaqişələr zamanı hədəfə alınmasınlar. Səhiyyə işçiləri fövqəladə hallarda düzgün işləmək üçün lazımi təlimlərlə təmin edilməlidirlər ki, belə hallarda fəlakət qurbanına çevrilmək əvəzinə insan həyatlarını xilas edə bilsinlər. Biz isə fövqəladə vəziyyətlər baş verəndən dərhal sonra uşaqların immunizasiyası, dializi və doğuş xidmətləri də daxil olmaqla cəmiyyətin güvəndiyi tibbi xidmətlərin davamlılığına zəmanət verməliyik.

Biz bütün fəlakətlərin qarşısını ala bilmərik. Lakin belə hadisələr baş verən zaman xəstəxanaların və başqa sağlamlıq ocaqlarının insan həyatını xilas etməyə hazır olduğuna əmin olmalıyıq.

Xəbər lenti

Xəbər lenti