Rusiya patriarxı Türkiyəyə səfər edəcək
Rusiya pravoslav kilsəsinin patriarxı Kiril iyul ayında Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib. Rus pravoslav kilsəsinin xarici işlər üzrə məsul katibi Nikolay Balaşovun CİHAN-a verdiyi məlumata görə, patriarx Kiril Türkiyəyə səfəri zamanı Yunanıstan patriarxı Bartolomeosla da görüşəcək.
Türkiyədən sonra patriarx Kirilin Misir, Suriya və Ukraynaya da səfər edəcəyi gözlənilir.