İran, Əfqanıstan və Pakistan dövlət başçılarının sammiti sabah mayın 24-də Tehranda keçiriləcək. Bu barədə MEHR xəbər agentliyi məlumat verib.
Pakistan Prezidenti Asəf Əli Zərdari və Əfqanıstan Prezidenti Həmid Kərzai sammitdə iştirak etmək məqsədi ilə bu gün İrana səfər edəcəklər.
Sammitdə Əfqanıstanda sülh və təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Bir müddət əvvəl xəbər verilmişdi ki, Tehranda Əfqanıstan və Pakistanın iştirakı ilə sammit mayın 19-da keçiriləcək.