...

ABŞ rəsmiləri əməldə dəyişiklik etməlidirlər - İran lideri

Dünya xəbərləri Materials 4 İyun 2009 11:18 (UTC +04:00)
ABŞ rəsmiləri əməldə dəyişiklik etməlidirlər - İran lideri

"ABŞ rəsmiləri əməldə dəyişiklik etsələr, bu, onların dediklərinə sadiq olduqlarını göstərəcək", - deyə İranın ali rəhbəri Ayətullah Əli Xamenei cümə axşamı İranın sabiq rəhbəri İmam Xomeyninin ölümünün 20-ci ildönümü münasibəti ilə keçirilən mərasimdə çıxışı zamanı bildirib.Bu barədə İRİNN xəbər kanalı canlı yayımda məlumat yayıb.

"ABŞ rəsmiləri dediklərinə o zaman sadiq olarlar ki, əməldə dəyişiklik etsinlər. Əgər əməldə dəyişiklik olmazsa, 100 dəfə çıxış edərək şirin və gözəl sözlər danışsalar da, bunun heç bir təsiri olmayacaq", - deyə Ayətullah Xamenei bildirib.

İranda bu gün (cümə axşamı) bu ölkənin sabiq rəhbəri İmam Xomeyninin vəfatının 20-ci ildönümü qeyd olunur.

Bu məqsədlə bu gün səhər yerli vaxtla 9-dan İmam Xomeyninin məzarı ətrafında milyonlarla insan toplaşıb. Mərasimda İranın yüksək vəzifəli şəxsləri, diplomatik korpusların rəhbərləri, şəhidlərin ailələri və digər ölkələrdən qonaqlar iştirak edir.

Xəbər lenti

Xəbər lenti