Türkiyə Ordusunun Baş Qərargah rəisi Ülker Başbuğ Ankarada keçirilən mətbuat konfransında ABŞ-n Türkiyəyə hərbi helikopterlər verəcəyinə ümidli olduğunu bildirib. Bu haqda Türkiyənin CİHAN informasiya agentli məlumat verib.
"ABŞ-dan istədiyimiz hərbi helikopterlər məsələsində ümidliyəm. Hesab edirəm ki, ABŞ Türkiyəyə hərbi helikopterlər verəcək", - deyə Başbuğ bildirib.
Türkiyə Ordusunun Baş Qərargah rəisi onu da əlavə edib ki , bu helikopterlər Türkiyəyə terrorla mübarizə üçün lazmıdr və Ankara bu helikopterləri terrola mübarizə məqsədilə istifadə edəcək.
Türkiyə Ordusunun Baş Qərargah rəisi iyunun 2-də keçirdiyi mətbuat konfransında Türkiyə Ordusunun PKK terror təşkilatının harada qərarlaşmasından asılı olmayaraq, terrorçularla sona qədər mübarizə aparacağını bildirmişdi.