...

İraq polisi "Əşrəf" qərargahını mühasirəyə alıb

Dünya xəbərləri Materials 6 İyun 2009 13:05 (UTC +04:00)

İraq polisi "Xalq mücahidləri" təşkilatının üzvlərinin yerləşdiyi "Əşrəf" qərargahını mühasirəyə alıb. Polis, təşkilatın "Əşrəf" qərargahında olan üzvlərinin ölkədən çıxıarılması ilə bağlı hökumətin qərarını icra etməyə hazırlaşır. Bu barədə MEHR xəbər agentliyi Əl-Cəzirə televiziyasının xəbər saytına istinadən məlumat yayıb. İraq polisi "Əşrəf" qərargahına giriş və çıxışa icazə vermir.

İraq hakimiyyəti 2008-ci il dekabrın 19-dan "Əşrəf" qərargahında yerləşmiş xalq mücahidlərinin ölkədən çıxarılmasını tələb edir. "Əşrəf" qərargahında 3500 İran əsilli xalq mücahidi var. Bu təşkilat İran hakimiyyətinə müxalifdir, onun üzvləri İran-İraq müharibəsində Səddam Hüseyn ordusunun tərkibində İrana qarşı vuruşublar. İran dəfələrlə İraq hökumətindən onları İrana təhvil verməyi tələb edib.

Xəbər lenti

Xəbər lenti