...

İsrailin xarici işlər naziri ABŞ-ın barışıq haqqındakı yeni planını dəstəkləyib

Dünya xəbərləri Materials 9 İyun 2009 17:19 (UTC +04:00)

İsrailin xarici işlər naziri Aviqdor Liberman bəyan edib ki, İsrail ABŞ-ın sülhün bərqərar olması üzrə Yaxın Şərq təşəbbüsünü alqışlayır. Onun sözlərinə əsasən, iki il ərzində barışıq təkcə İsrail və Fələstinə yox, Suriya və Livan münaqişəsinə də aiddir. Bu barədə İsrailin "Jerusalem Post" qəzeti məlumat verir.

Knesset komissiyasının iclasında xarici siyasət və təhlükəsizlik barədə çıxış edən Liberman onu da əlavə edib ki, İsrailin əsas problemi odur ki, ictimaiyyət tərəfindən onun hərəkətlərinə mənfi münasibət göstərilir. 

İranın nüvə probleminə toxunan Liberman bəyan edib ki, Tehranda  ABŞ və Aİ-nın Şimali Koreyanın nüvə proqramına münasibəti diqqətlə izlənilir. "Dünyanın ən aparıcı dövlətləri dünyanın ən kasıb və təcrid olunmuş ölkəsinin nüvə proqramını dayandıra bilməsə, o zaman İran barəsində heç bir söhbət gedə bilməz", - xarici işlər naziri bildirib.

O, hesab edir ki, İranın hücum məqsədi ilə nüvə potensialına malik olması mütləq Yaxın Şərqdə nüvə silahlarının yarışına səbəb olacaq, hərçənd ki, Səudiyyə Ərəbistanı və Misir kimi regional liderlər Tehran tərəfindən onların özləri üçün də təhlükə yaranmasına dözməyəcəklər.

Xəbər lenti

Xəbər lenti