...

Fransanın XİN rəhbəri "Hizbullah" nümayəndəsi ilə danışıqlar aparıb

Dünya xəbərləri Materials 11 İyul 2009 15:03 (UTC +04:00)
Fransanın XİN rəhbəri "Hizbullah" nümayəndəsi ilə danışıqlar aparıb

Fransanın Xarici İşlər naziri Bernar Kuşner Avropanın bir neçə ölkəsi və ABŞ-da terrorçu təşkilat kimi tanınan "Hizbullah" və Avropa" danışıqları çərçivəsində Livanda ölkənin müxalif partiyası "Hizbullah"ın nümayəndəsi ilə görüşüb. Bu barədə İsrailin Jerusalem Post qəzeti məlumat verib.

Aİ və Böyük Britaniya son aylarda regionda zorakılığın səviyyəsinin azaldılması, eləcə də Livanın siyasi həyatında partiyanın mövqeyini yumşaltmaq məqsədilə "Hizbullah"la danışıqlar aparıb. Lakin ABŞ, həmişəki kimi, "Hizbullah"a terrorçu təşkilat kimi baxır.

Suriya və İranın maddi və hərbi dəstəyindən yararlanan "Hizbullah" regionda İsrailə qarşı müqavimət gösərən qüvvələrdən biridir. Livan parlamentində 11 yer tutan partiya Fələstin-İsrail münaqişəsində "Həmas" hərbi müqavimətini dəstəkləyir.

Qərbyönlü Livan siyasətçilərinin "Hizbullah"ın gələcək hökumətdə veto hüququnun əlindən alınmasının tərəfdarı olmalarına baxmayaraq, yeni Livan hökumətinin formalaşdırılması həvalə edilən parlament çoxluğunun başçısı Səad əl-Həriri "Hizbullah" və tərəfdarlarının yer aldığı kabinet formalaşdırmağa can atır.

"Hizbullah" onu Dohada 2008-ci ildə Livanda vahid milli hökumətin yaradılması barədə razılaşmadan sonra əldə edib.  

Fransa XİN-nin rəhbəri "Hizbullah" partiyasından olan parlament üzvü Navafom Musəvi ilə görüşündə yeni dövlətin yaradılması təşəbbüsünü müzakirə edib.

"Hizbullah" parlament seçklərində iştirak edən partiyalardan biridir. Buna görə də, onların nümayəndələri ilə görüş təbiidir", - Kuşner jurnalistlərə deyib.

Keçən ay xarici syasət üzrə Aİ rəhbəri Xavyer Solana "Hizbullah" nümayəndəsi ilə görüşüb. Bu, Avropa diplomatı və hərbi partiya səviyyəsində ilk rəsmi görüş olub.

Cümə axşamı Britaniya hüquqşünasları da parlamentdə "Hizbullah" blokunun rəhbəri Muhəmməd Raadla görüşüblər. 

Martda Böyük Britaniyanın Xarici İşlər Nazirliyi, partiyanın hərbi tərəfinin müqavimətini zəiflətmək və Livanda sabitlik üçün "Hizbullah"ın siyasi qanadı ilə əlaqə saxladığını bildirib.

Cümə günü Kuşnerin Musəvi ilə görüşündə həmçinin 2006-ci il İsrail-Livan müharibəsinə aid BMT qətnəməsinin həyata keçirilməsi də müzakirə olunub.  

Xəbər lenti

Xəbər lenti