...

Türkiyə Konstitusiyasına dəyişiklik etməyin vaxtı çatıb - parlament spikeri

Dünya xəbərləri Materials 13 İyul 2009 14:59 (UTC +04:00)
Türkiyə Konstitusiyasına dəyişiklik etməyin vaxtı çatıb - parlament spikeri

Türkiyə parlamentinin spikeri Köksal Toptan bazar ertəsi ölkənin qanunvericilik orqanında çıxışı zamanı Türkiyə Konstitusiyasına tam dəyişikliyin vacibliyini deyib. Bu barədə CNN Turk telekanalı məlumat verib.

"Türkiyə Konstitusiyasına tam dəyişikliklər etməyin vaxtıdır", - o deyib.

Əsas qanuna dəyişiklik edilməsinin vacibliyini apreldə Baş nazir Rəcəb Tayyib Ərdoğan da deyib. Onun sözlərinə görə, Türkiyə ədalətli sistemin yaradılması üçün bütün səyləri göstərir. Buna görə də Konstitusiyaya dəyişikliklər labüddür.

Türkiyə Konstitusiyana dəyişiklik edilməsi barədə qərar martın sonlarında keçirilən bələdiyyə seçkilərindən sonra qəbul edilib.

Xəbər lenti

Xəbər lenti