...

ABŞ-ın müdafiə naziri İsraildə İranın nüvə proqramını müzakirə edəcək

Dünya xəbərləri Materials 20 İyul 2009 15:21 (UTC +04:00)
ABŞ-ın müdafiə naziri İsraildə İranın nüvə proqramını müzakirə edəcək

ABŞ-ın müdafiə naziri Rober Qeyts iyulun 27-də İsrailə bir günlük səfər edəcək. Səfər çərçivəsində İranın nüvə proqramı və ABŞ və İsrail arasında strateji münasibətlər müzakirə ediləcək, bu barədə The Washington Post qəzeti xəbər verir.

Qeyts prezident Barak Obama administrasiyasının nümayəndələri ilə birlikdə İsrailin Baş naziri ilə Qərb sahilində yəhudi qəsəbələrinin inşası məsələsində ölkələr arasındakı fikir ayrılıqlarının aradan qaldırılması yollarını müzakirə edəcək. ABŞ-ın müdafiə naziri regionda stabilliyi poza biləcək İsrailin İranın nüvə obyektlərinə hücum etmək planlarından narahatdır.

Obama administrasiyası regionda yeni müharibədən qaçmaq üçün Tehran ilə  diplomatik dialoqun aparılmasını vacib hesab edir. Qeytsin İsrail rəhbərliyi ilə görüşündə İranın nüvə proqramı müzakirələrin əsas mövzusu olacaq, The Washington Post xəbər verir.

İsrailin Baş naziri Binyamin Netanyahu hesab edir ki, İranın regiondakı təsiri ərəb-İsrail sülhünün bərqərar olmasına mane olur. Lakin ABŞ sülh prosesi üçün əsas maneəni yəhudi qəsəbələrinin olduğunu bildirir.

İsrailə səfərinin 6 saatı ərzində Qeyts Netanyahu hökumətinin başçısı və müdafiə naziri Yəhud Barak ilə görüşəcək. Əvvəlcə Barak  Yaxın Şərqdə yeganə raket arsenalı olacaq RƏM sistemlərinin quruluşunu Vaşinqtonda müzakirə etmişdi.   

Qeytsin İordaniyaya səfər edəcəyi də planlaşdırılır.

Amerikanın müdafiə nazirinin İsrailə sonuncu səfəri 2007-ci ildə baş tutub. ABŞ-ın Dövlət katibi Hillari Klinton Barak Obama administrasiyasının  İsrailə səfər edən ilk rəsmisi olub.

Xəbər lenti

Xəbər lenti