...

Qırğızıstanın başçısı Bakiyev prezident seçkilərində liderdir - MSK (ƏLAVƏ OLUNUB-3)

Dünya xəbərləri Materials 24 İyul 2009 11:42 (UTC +04:00)
"Qırğızıstanın hazırkı prezidenti Kurmanbek Bakiyev bülletenlərin 51 faizinin hesablanmasından sonra 87,79 faiz səs toplamaqla liderdir", - respublikanın Mərkəzi Seçki Komissiyasının saytında deyilir.
Qırğızıstanın başçısı Bakiyev prezident seçkilərində liderdir - MSK (ƏLAVƏ OLUNUB-3)

"Qırğızıstanın hazırkı prezidenti Kurmanbek Bakiyev bülletenlərin 51 faizinin hesablanmasından sonra 87,79 faiz səs toplamaqla liderdir", - respublikanın Mərkəzi Seçki Komissiyasının saytında deyilir.

2330 seçki məntəqəsindən 1194-dəki bülletenlərin hesablanmasından sonra Bakiyev bir milyondan çox səs toplayıb, - RİA Novosti yazır.

Onun ən yaxın rəqibi, birləşmiş müxalifətin namizədi Almazbek Atamabayevi 7,1% seçici (85 min nəfər) dəstəkləyib.
Digər namizədləri - ümumilikdə altı namizəd qeydiyyatdan keçib - 0,3% - 1,85% aralığında seçici dəstəkləyib.

"Hamısına yox" üzrə 1,34% seçici səs verib.

Qırğızıstanın tarixində ilk dəfə dövlət başçısının seçkiləri həftəiçi günü keçirilib. MSK-nın məlumatına görə, ümumilikdə seçki sakit şəraitdə keçib. İlkin məlumatlara görə, səsvermə hüququ olan vətəndaşların 79% -dən çoxu iştirak edib. Səs verənlərin sayı 50%-i keçən kimi MSK seçkiləri baş tutmuş elan edib.

Səslərin sayılması davam edir, məlumatlar onlayn rejimində respublika MSK-nın QAS "Şayloo" saytına daxil olur. Qanunvericiliyə uyğun olaraq, bu məlumatlar ilkindir.

Xəbər lenti

Xəbər lenti