...

Gürcüstanın NATO-dakı sabiq səfiri Yaponiyaya səfir təyin edilib

Dünya xəbərləri Materials 27 İyul 2009 19:53 (UTC +04:00)
Parlament bürosunun bugünkü iclasında Gürcüstanın Yaponiyadakı səfiri vəzifəsinə Revaz Beşidzenin namizədliyi irəli sürülüb.

Gürcüstan, Tbilisi, 27 iyul / Trend , müxbir N.Kirsxaliya /

Parlament bürosunun bugünkü iclasında Gürcüstanın Yaponiyadakı səfiri vəzifəsinə Revaz Beşidzenin namizədliyi irəli sürülüb. O, bu vəzifədə parlamentin vitse-spikeri Mixail Maçavarianinin qardaşı İvane Maçavarianini əvəzləyəcək. Beşidze Gürcüstanın NATO-dakı sabiq daimi səfiri vəzifəsində çalışıb. Bir neçə həftə əvvəl bu vəzifəyə sabiq Baş nazir Qriqol Mqaloblişvili təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti