Livan və İsrail arasında ərazi münqaşisəninin həlli fonunda Livanın "Kataib" kimi də məşhur olan Sosial Demokrat Partiyasının lideri Pyer Jmael ölkəni sərhəd məsələsi üzrə İsrail hökuməti ilə danışıqlara çağırıb, Press TV xəbər verir.
San-Paolo Universitetində çıxış edən Jmael qeyd edib ki, İsrail ilə münasibətlərin normallaşdırılmasına çağırmır, lakin 1989-cu ildə Taif müqaviləsi ilə təsdiq olunan 1949-cu il sülhünün bərpası üçün danışıqlara başlamağı və BMT-nin 1701-ci Qətnaməsinə riayət etməyi təklif edir.
O, Suriyanı da bu prosesdə fəal rol oynamağa və Livanın İsrail tərəfindən işğal edilmiş ölkənin cənubundakı Şaab və Kfar fermalarına hüquqlarını təsdiqləyən sənədləri Beyruta təqdim etməyə çağırıb.
Su resursları ilə zəngin olan mübahisəli ərazi İsrail tərəfindən 1967-ci ildə altı günlük müharibə zamanı Suriya ərazisi - Colan yüksəkliklərinin işğalı zamanı işğal edilib.
İsrail Colan yüksəkliklərini ərəb ölkələrinin tələblərinə baxmayaraq, qaytarmaqdan imtina edir.