...

İraqla Suriya arasında gərginlik Türkiyəni narahat edir – XİN rəhbəri

Dünya xəbərləri Materials 2 Sentyabr 2009 17:21 (UTC +04:00)
Suriya ilə İraq arasında ziddiyyət əvvəlki kimi Türkiyəni və regionun digər ölkələrini narahat edir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü Qahirədə misirli həmkarı Əhməd Əbu Qeyt ilə görüşdə deyib.
İraqla Suriya arasında gərginlik Türkiyəni narahat edir – XİN rəhbəri

Suriya ilə İraq arasında ziddiyyət əvvəlki kimi Türkiyəni və regionun digər ölkələrini narahat edir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü Qahirədə misirli həmkarı Əhməd Əbu Qeyt ilə görüşdə deyib.

"Biz (Türkiyə) vasitəçi deyilik, Suriya və İraqla bir səviyyədəyik, - Davudoğlu mətbuat konfransında deyib. - Suriya və Türkiyə düşmən deyillər və regionda istənilən atəş hamımız üçün təhlükəlidir. Buna görə də hadisələrin gedişini diqqətlə izləyirik".

Bazar ertəsi Davudoğlu Bağdadda və Dəməşqdə iki ölkə arasında siyasi gərginliyi aradan qaldırmaq üçün danışıqlar aparıb. İraq Suriyanı avqustun 20-də Bağdadda törədilmiş və 100 nəfərin həyatına son qoyan güclü terror aktının təşkilatçılarını gizlətməkdə ittiham edib. Hər iki ölkə diplomatik nümayəndələrini geri çağırıb.

Misirin xarici işlər naziri Əbu Qeyt deyib ki, Türkiyə regionun bir hissəsidir. Ona görə də bizə (ərəb ölkələrinə) aid olan məsələ Türkiyəyə də aiddir".

Davudoğlu Misir Prezidenti Hüsnü Mübarəklə də görüşüb.

Türkiyə və Misirin xarici işlər nazirləri Suriya-İraq ziddiyyətindən başqa, Livanda hökumətin formalaşdırılması məsələsinə, eləcə də Fələstin ərazilərindəki vəziyyətə də toxunublar.

Misir və Türkiyənin iqtisadi münasibətlərinə gəlincə, Əbu Qeyt deyib ki, iki ölkə əmtəə dövriyyəsini 5 milyard dollara çatdırmağa çalışır. Qeyt əlavə edib ki, oktyabrda Misirdə Azad Sənayeçilər və Sahibkarlar Assosiasiyasının iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti