...

Gürcüstan BUKET tankerinin kapitanını 18 min dollar müqabilində azad edəcək - agentlik

Dünya xəbərləri Materials 5 Sentyabr 2009 10:48 (UTC +04:00)
Gürcüstan BUKET tankerinin kapitanını 18 min dollar müqabilində azad edəcək - agentlik

Gürcüstan bazar ertəsi 24 il müddətinə həbs edilən Türkiyə tankerinin kapitanını 18 min dollar cərimə ödənilməsi şərti ilə azad edəcək. Bu barədə cümə günü RİA Novosti Reuter agentliyinə istinadən bildirib.

Agentliyin məlumatına əsasən, Türkiyənin BUKET tankerinin kapitanı avqustun sonunda Qara dəniz sularında Gürcüstanın sahil mühafiizə xidməti tərəfindən saxlanılıb.

Gürcüstan məhkəməsi bazar ertəsi tankerin kapitanı Mehmet Öztürkü 24 il müddətinə azadlıqdan məhrum edib. Panama bayrağı altında üzən gəmi isə dövlət mülkiyyətinə keçib. "Biz məbləğin həcmindən asılı olmayaraq onu ödəyəcəyik", - Densa şirkətinin rəhbəri - tankerin operatoru Hüseyn San agentliyə bəyan edib.

Agentliyin bildirdiyi kimi, Öztürk gömrük qaydalarının, həmçinin "işğal olunmuş ərazilərə" giriş qaydalarının əhəmiyyətli dərəcədə pozulmasında ittiham olunub. Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Öztürkün azad edilməsi barədə qərar gələn həftə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Tbilisiyə səfəri zamanı qəbul ediləcək. 

Xəbər lenti

Xəbər lenti