...

Beynəlxalq aləmdəki mövcud vəziyyətdən razı deyilik və problemlərin həlli üçün təkliflərimiz var - İran Prezidenti

Dünya xəbərləri Materials 7 Sentyabr 2009 12:36 (UTC +04:00)
Beynəlxalq aləmdəki mövcud vəziyyətdən razı deyilik və problemlərin həlli üçün təkliflərimiz var - İran Prezidenti

"İran xalqı beynəxlalq aləmdəki mövcud vəziyyətdən razı deyil, İran xalqı təkqütblüyə və zülmə qarşıdır. Biz bu cür münasibətə qarşı mübarizə aparacaq və yeni münasibətlər qurmağa çalışacağıq", - deyə İran Prezidenti Mahmud Əhmədinejad bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb.

Əhmədinejad əlavə edib ki, yeni hökumtdə dünyada baş verən proseslərlə bağlı yeni təkliflər var. "İranın Əfqanıstanda, İraqda, Fələstindəki problemlərin, iqtisadi böhranın həllü üçün elmi həll yolları var. Həmçinin BMT Təhlükəsizlik Şurasının qeyri-demokratik, ədalətsiz qərarlarını dəyişmək üçün də həll yollarımız var", - deyə Əhmədinejad bildirib.

Əhmədinejad Qərb ölkələrini və ABŞ-ı öz münasibətlərini və davranışlarını dəyişməyə çağırıb. "Əgər onlar öz münasibətlərində dəyişiklik etsələr, İran xalqı onların bu addımını dəstəkləyəcək", - Əhmədinejad deyib.

Xəbər lenti

Xəbər lenti